Добавить
Уведомления

Bölgələrə virtual səyahət rubrikasında Şəki şəhəri

Əziz oxucular! Gəzmək və səyahət etmək istərkən biz sizə evdən çıxmadan virtual gəzinti hazırlamışıq. Səni Azərbaycanın ən qədim şəhərlərindən biri Şəkiyə səyahət etməyə dəvət edirik. Gəlin, birlikdə onun küçələrini gəzib, səmimi və qonaqpərvər sakinlərini müşahidə edək. Azərbaycanın qədim şəhəri Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir məkanda yerləşir. Şəki Azərbaycanın tarixi şəhərlərindən biri olub, sahib olduğu bir çox tarixi abidəni qoruyub saxlaya bilmişdir. Ticarət və sənət üzərində diqqətini cəmləşdirmiş Şəki şəhəri, həm də Azərbaycanın mühim mədəniyyət mərkəzlərindən biridir. Şəki şəhərinin 1772-ci ilə qədər mövcud olması və həmin ildə baş vermiş sel nəticəsində dağılması barədə yazılanlar, cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki bunu deyənlərin istinad etdikləri "Kavkaz" qəzetində əslində, Şəkinin yox Nuxa şəhərinin təbii fəlakətə məruz qalmasından söhbər gedir! Şəki şəhəri daha əvvəl indki ərazisindən 10-15 km. cənubda, indiki Cəfərabad və Göybulaq kəndləri arasında idi (20-ci əsrin əvvəllərinə qədər Şəki hakimi Həsən sultanın məqbərəsi də burada dururdu). 18-ci əsrin 40-cı illərində, Nadir şahın hücumları ilə əlaqədar Şəki şəhərinin əhalisi Nuxa kəndinə köçdü (Mənbələrdə göstərilir ki Nadir şah Şəkini yandırmışdır). O vaxtdan Nuxa qeyri-rəsmi olaraq həm də Şəki adlanmağa başladı və yalnız 1968-ci ildən sonra Nuxa şəhərinin adı, rəsmən "Şəki" oldu. Şəki xanlığının mərkəzi olmuş bu şəhər, Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. #SabailMKS #virtualsəyahət #şəki

12+
16 просмотров
2 года назад

, чтобы оставлять комментарии